hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Kürdəmir məktəbləri ilə bağlı şok iddia: “Belə Allahsızlıq olar?” - DİREKTOR

Kürdəmir məktəbləri ilə bağlı şok iddia: “Belə Allahsızlıq olar?” - DİREKTOR

Azərbaycanda orta məktəblərlə bağlı daha bir şok iddia ortaya atılıb. 

Söhbət Kürdəmir rayonundakı orta məktəblərdən gedir. Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikovanın iddiasına görə, Kürdəmirdə fəaliyyət göstərən məktəb müəllimlərindən 50-100 manat civarında pul tələb olunur. Bu barədə Cebhe.info-ya danışan Lətafət Məlikova deyib ki, ona bu barədə adlarının çəkilməsini istəməyən müəllimlər məlumat verib. Müəllimlərin dediyinə görə, direktorlar pulun Təhsil Nazirliyi tərəfindən tələb edildiyini bildiriblər. İddiaya görə, yığılan pul rayon üzrə yaşıllaşdırmaya və güşələrin təmizlənməsinə sərf olunacaq. Digər bir iddiaya görə, bu hal hər il təkrar olunur. 

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Billurə Hacıyeva bildirdi ki, iddia ilə bağlı nazirliyin elktron post ünvanına rəsmi sorğu ilə müraciət olunmalıdır.  Məsələ ancaq sorğu qəbul edildikdən sonra araşdırılacaq. 

Kürdəmir Rayon Təhsil Şöbəsindən də zəngləriə cavab verilməyib. 

Kürdəmir rayonu Tofiq İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov Cebhe.info-ya açıqlamasında iddianın doğru olmadığını bildirib:

“Bizim məktəbdə heç 2 manat yığmaq mümkün deyil, qalsın 50-100 manat... Siz birinci deyilsiz ki,  belə sualla zəng edən... O qədər anonim zənglər edilir ki... Kürdəmirdəki məktəblərin hamısının yerinə deyə bilərəm ki, məktəbdə müəllimdən pul yığmaq mümkün deyil. Əsassız məlumatdır. Gəlin, bizim müəllimlərlə söhbət edin, görün belə bir şey var, ya yoxdur”. 

Kürdəmir rayonu Məmmədəmin Rəsulzadə adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Elnur Məmmədlinin sözlərinə görə, müəllimlərdən indiyədək heç nəyə görə pul yığılmayıb və bundan sonra da yığılmayacaq. 

Kürdəmir rayonu Famil Həşimov adına şəhər 3 nömrəli tam orta məktəbin direktoru Bayram Cəfərov da iddianın əsassız olduğunu deyib: “Çox şey iddia oluna bilər. Bəlkə deyəcəklər Bayram müəllim məktəbdə adam öldürüb? Bizim məktəbdə elə bir şey ola bilməz. Bu nə söhbətdir axı düşüb ortalığa? Belə Allahsızlıq olar?”

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2465