hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Kürdəxanıda zibil davası: “Dövlət zibil qutularını hara qoyursa, orada da qalmalıdır”

Kürdəxanıda zibil davası: “Dövlət zibil qutularını hara qoyursa, orada da qalmalıdır”

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində zibilin daşınması problemə çevrilib.

Bu qəsəbədə zibil 1 həftədən tez yığışdırılmır. Qəsəbənin “Yeni tinlik” adlanan ərazisində isə mənzərə dözülməzdir. Kürdəxanı sakinləri Cebhe-info-ya müraciət edərək vəziyyəti əks etdirən fotolar göndəriblər. 

Sakinlərin dediyinə görə, dolub-daşan zibil qutularının üfunətindən qəsəbədə nəfəs almaq mümkün deyil. Bundan əlavə sakinlər qəsəbədə zibil qutularının qoyulduğu yerlərlə də bağlı narazılıqlarını bildiriblər. Sakinlərin dediklərinə görə, zibil qutular evlərin lap yaxınlığında, hətta pəncərələrin yaxınlığında yerləşdirilib. 

Sakinlər deyir ki, zibiliin vaxtında daşınmamasına baxmayaraq, hər ay onlardan pul yığılır. 

Sakinlərin narazılığına Kürdəxanı bələdiyyəsinin sədr müavini Heyran Kərimova cavab verib. O, Cebhe.info-ya bildirib ki, zibil gündə iki dəfə daşınır: 

“Amma zibildir, buradan yığışdırırlar, ordan tökürlərsə, nə deyə bilərik? Yalan danışmağın nə mənası var? Mən də istəyirəm qəsəbə təmiz olsun. Yoldan keçən maşından o qədər yerə zibil atılır ki, özüm əyilib onları yığıram. Aidiyyəti şəxslə indi əlaqə yaradıb, şikayəti onlara çatdıraram”. 

Heyran Kərimova zibil qutularının evlərə yaxın məsafədə yerləşdirilməsi məsələsinə də toxunub. Deyib ki, dəfələrlə bununla bağlı narazılıqlar olub: “Dəfələrlə bizə sakinlərin özbaşına zibil qutularının yerini dəyişməsi ilə bağlı şikayətlər gəlib. Bir dəfə bu narazılıqlarla bağlı küçədən bütün zibil qutularını yığışdırdıq. Onda da sakinlər etiraz etdilər ki, zibili hara ataq? Bəs qutular hara qoyulsun? Dövlət qurumu buna nəzarət edir. Bura qoyulursa, deməli bura olmalıdır. Heç kəsin ixtiyarı yoxdur ki, zibil qutularının harada qoyulması üçün küçə davası etsin. Həyət vətəndaşın, hasarın o biri tərəfi dövlətindir. Dövlət isə zibil qutularını hara qoyursa, orada da qalmalıdır”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1189