hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

“Fransa Prezidenti Emmanuel Makronun sözlərinə daha əvvəl siyasətçi kimi deyil, müsəlman kimi şərh bildirdim”.

Bu sözləri Çeçenistan lideri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

R.Kadırov bildirib ki, onun bu cür bəyanatlar verməyə haqqı çatır.

“Bu mövqeyimə görə, əgər lazımdırsa, vəzifəmi tərk etməyə, əziyyət çəkməyə və həyatımı verməyə hazıram!”, - deyə R.Kadırov bildirib.

Xatırladaq ki, daha əvvəl R.Kadırov Fransa liderinin müsəlmanları üstüörtülü şəkildə cinayət törətməyə çağırdığını bildirmişdi. Kreml sözçüsü Dmitri Peskov isə R.Kadırovun çıxışına münasibət bildirərkən, “subyektlərin rəhbərləri xarici siyasətlə məşğul olmur” demişdi.

Cebhe.info


Oxunma sayı: 1805

Bizim Telegram səhifəmizi izləyin