hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Kadırovun mühafizəçisinin sirli ölümü: Böyrək və ağciyərini kim çıxarıb?

Kadırovun mühafizəçisinin sirli ölümü: Böyrək və ağciyərini kim çıxarıb?

Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun mühafizəçisi olmuş və həbsxanada ölü tapılmış Əyyub Tuntuevlə bağlı ekspertiza rəyi açıqlanıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, ekspertiza onun daxili orqanlarından bir hissəsinin olmadığını üzə çıxarıb. Bunlar ağciyər və böyrəklərdir.

Tuntuevin cəsədi üzərində qan izləri aşkarlanıb. Mərhumun qohumları onun qətlə yetirildiyini güman edir. Ancaq ailəsi mərhumun daxili orqanlarının götürülməsindən xəbərsiz olub.

Çeçenistan rəhbəri Ramzan Kadırov baş verən hadisə ilə bağlı təcili müşavirə çağırıb. 

Qohumların sözlərinə görə, mərhumun intihar etməsi inandırıcı görünmür. 
Məlumat üçün bildirək ki, Tuntuevin ölümü 12 martda məlum olub. Ölümündən əvvəl o, dəfələrlə işgəncədən şikayətlənib. 
Xəzər
Cebhe.info


Oxunma sayı: 1182