hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

"KamAZ" helikopterlə toqquşdu - VİDEO

"KamAZ" helikopterlə toqquşdu - VİDEO

Dakar-2021 rallisinin yekun mərhələsində qeyri-adi hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, yarışmada "KamAZ" helikopterlə toqquşub. Azarkeşlərdən biri insidenti videolentə alıb.

Yarışın xüsusi mərhələsində təşkilatçıların helikopteri birbaşa "KamAZ" master komandasının üzvü Anton Şibalovun yük maşını üzərindən uçmağa başlayıb. Bu anda yük maşını kiçik bir tramplin üzərində tullanaraq banı ilə helikopterin tirini vurub. Zərbənin gücü o qədər də böyük olmadığından helikopter pilotu sükanı itirməyib və dərhal yüksəlməyə başlayıb.

"KamAZ"a gəldikdə, yük maşınının hava girişinə kiçik ziyan dəyib, ancaq bununla belə yarışçı xüsusi mərhələni tamamlamağı bacarıb.

Nəticədə “KamAZ”ın sürücüsü Anton Şibalov Dakar-2021-də ikinci yeri tutub.

Cebhe.info


Oxunma sayı: 1266