hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Karantin rejimi ağcaqanadları da aqressivləşdirib - EKSPERT

Karantin rejimi ağcaqanadları da aqressivləşdirib - EKSPERT

"Pandemiya səbəbindən karantin rejiminə uyğun olaraq özünütəcrid prosesi ağcaqanadlar üçün qida qıtlığı yaradıb və buna görə də onlar aqressivləşib", - bu sözləri rusiyalı entamoloq, biologiya elmləri doktoru Anatoliy Zaxarov deyib.

Cebhe.info xəbər verir ki, bu barədə "Moskva24" nəşri məqalə dərc edib.

"Özünütəcrid zamanı küçələrdə çox az sayda insan olurdu. İndi insanların kütləvi şəkildə küçələrə çıxması həşəratları, o cümlədən ağcaqanadları həyəcanlandırıb. İndi küçələrdə insan nə qədər çox olarsa, ağcaqanadlar da özlərini bir o qədər aktiv aparacaq", - deyə entamoloq bildirib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 925