hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Karantində təhsil: Universitetlər cədvəli tənzimləyə bilmir- PROBLEM

Karantində təhsil: Universitetlər cədvəli tənzimləyə bilmir- PROBLEM

Xəbər verdiyimiz kimi, bütün dünyanı təsiri altına alan koronavirus təhsil prosesində də müəyyən çətinliklər yaradıb.

Hazırda həm pandemiya, həm də 44 günlük Vətən müharibəsi təhsilin yenidən dayanmasına səbəb olub. Belə ki, ölkə ərazisində sentyabrın 27-dən noyabrın 2-dək təhsil dayanıb. Hazırda isə distant formada təhsil davm edir. Lakin bütün bunlara baxmayaraq tələbələr narahatdır.

Maraqlıdır, hazırda ali təhsil müəssisələrində dərslər necə tənzimlənir? İmtahan prosesi necə olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkənin 4447 orta məktəbində eyni dərslər təşkil olunur:

“Yəni Bakıdakı təhsil müəssisələrində hansı fənlər tədris edilirsə, ölkə ərazisində də eyni dərslər tədris olunur. Ölkə ərazisində eyni fənlər, eyni qiymətləndirmə meyarlarıdır və onlar vahid halda qiymətləndirmə edə bilirlər. Lakin ali təhsil müəssisələrində bu hallar fərqlidir. Belə ki, ölkədə 50-dən çox ali təhsil müəssisəsi var və burada 280 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Burada hər bir ixtisas üzrə ayrıca qiymətləndirmə metodları və meyarları var.

Təəssüflər olsun ki, universitetlər mart ayından bu günədək elektron portalında öz elektron resuslarını yaratmayıblar. Hazıra ali təhsil müəssisələri yalnız mühazirələri həyata keçirirlər. Hətta bəzi təhsil müəssisələri semestr ilinin başa çatma müddətini yanvar ayının 15-dək uzadıb. Bu, düzgün cədvəl bölgüsünün həyata keçirilməməsinin nəticəsidir”.

Ekspert qeyd edib ki, dünya təcrübəsinə görə, imtahana giriş balı ali təhsil müəssisələri tərəfindən vahid halda müəyyənləşdirilir:

“Yəni ölkədə bütün ali təhsil müəssisələrinin hər biri giriş balı olaraq maksimum bal verir. Burada söhbət 50 baldan gedir. İkinci mərhələ isə imtahan mərhələsidir. Bildiyiniz kimi hazırda imtahanlar ənənəvi qaydada keçirilə bilməz. Bu da tələbələr arasında narazılıqlara səbəb olur. Müəllimlər bütün tələbələrə güzəşt edirlər. Bu da yekunda təqaüd alan tələbələrin siyahısına ciddi şəkildə təsir edir. Problemdən yeganə çıxış yolu kimi Cənubi Koreyada, Sinqapurdakı təcrübələrdən istifadə edilir. Yəni giriş balı bütün tələbələrə vahid qaydada verilir. Semestr imtahanlarında isə ən yaxşı halda test üsulu ilə həyata keçirilir. Bu zaman tələbələrin hər birinə 50 test tapşırığı verilir test tapşırıqlarının dəyərləndirilməsi üçün maksimum 1 dəqiqə vaxt verilir.

Buna müvafiq olaraq tələbələrə bal verilir. Yəni giriş balı maksimum verilir, daha sonra isə tələbənin imtahanda verdiyi cavablara uyğun olaraq bal hesablanır. Fikrimcə, Azərbaycanda da problemdən yeganə çıxış yolu budur”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4291

Bizim Telegram səhifəmizi izləyin