hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Karantindən sonra Bakı: “İnsanlar bunu xaosla qarşılayacaq, hər yerə kütləvi axın olacaq” - PSİXOLOQ

Karantindən sonra Bakı: “İnsanlar bunu xaosla qarşılayacaq, hər yerə kütləvi axın olacaq” - PSİXOLOQ

Mövcud pandemiya şəraitində insanlar demək olar ki, heç vaxt görmədikləri karantin qaydaları ilə üzləşiblər.

Bu proses onlara həm mənəvi, həm maddi, həm də psixoloji cəhətdən təsir edib. Ancaq maraqlı məqamlardan biri də karantindən sonra adı həyata qayıdışdır.

Psixoloq Vəfa Əkbər Cebhe.info-ya bildirib ki, əvvəl insanlar ciddi karantin rejiminə - ev şəraitinə necə “üsyan” etdilərsə, normal həyata qayıdış prosesində də o cür hallar baş verəcək:

"İnsanlar bunu xaosla qarşılayacaq. Hər yerə kütləvi axın olacaq, şəhərdə hər yerdə növbə görəcəyik. İnsanlar elə düşünəcək ki, evdə keçirdikləri bu müddətin heyfini çıxıb, hazırkı şəraitin dadını çıxarsınlar. Gəzintilər çoxalacaq, insanlar arasında sıxlıq olacaq, bir müddətdən sonra isə onlarda boşluq yaranacaq".

Vəfa Əkbər karantindən sonra insanların müxtəlif düşüncələr arasında qalacağına da aydınlıq gətirib:

"Ümumiyyətlə, karantindən sonra insanlar dilemma qarşısında qalacaqlar. Bir qrup insan onlardır ki, karantin müddətində ev mühitinə alışıblar, onlar əvvəlki iş rejiminə qayıtmaq istəməyəcəklər. İkinci qrup insan isə heç evə girmək istəməyəcək, sanki azadlığa yenidən çıxmış kimi düşünəcəklər. Hər iki halda da psixoloji problemdir, çünki bu hal dezadaptasiya hesab olunur. Hər hansı vəziyyətə adaptasiya 14 gündən 6 aya kimi müşahidə olunur. Bu müddət ərzində insanlar zaman- zaman adaptasiyanı keçib, normal həyata qayıdacaqlar".

“Karantin müddətində müraciətlər çoxaldımı?” sualına isə psixoloq bildirib ki, əslində elə də böyük dəyişiklik yoxdur:

"Mən deyərdim ki, əvvəllər insanlar şəxsi inkişafla, stresslə, iş problemləri ilə əlaqədar müraciət edirdisə, indi daha çox ailədaxili problemlərlə, depressiya, düşüncələrin beyindən çıxmaması - nevroz , panik atak problemləri ilə müraciət edirlər. Əgər say baxımından baxsanız. vəziyyət eynidir, problem baxımından isə çoxalmalar müşahidə olunur".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 15885