hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Karantindən sonra peyvənd oyunu: Sifarişləri idarə edən gizli əl?

Karantindən sonra peyvənd oyunu: Sifarişləri idarə edən gizli əl?

Artıq bir çox ölkələrdə koronavirusa qarşı peyvəndləməyə start verilib.

Ölkələr üzrə alınan, sifariş olunan və artıq vurulan peyvəndlərin sayı ilə bağlı da məlumatlar yayılır.

Məlumdur ki, Rusiya, ABŞ, Çin, Almaniya dərman şirkətləri, elmi-tədqiqat institutlarının hazırladığı və 3 mərhələli kliniki sınaqlarda 50 faizdən artıq nəticə göstərən peyvəndlər qeydiyyata alınır və satışına icazə verilir.

Ancaq ölkələrin açıqladığı məlumatlardan görünür ki, demək olar ki, qeydiyyata alınan bütün peyvəndlərdən sifariş verilib. Hətta özü peyvənd istehsalçısı olan ölkələr də başqa ölkələrdən peyvənd alır.

Bu isə həm həmin peyvəndlərin keyfiyyətinə şübhə yaradır, həm də peyvəndlərlə bağlı sifarişlərin idarə olunduğu qənaətini yaradır. Koronavirusla bağlı yaranmış vəziyyətin dünya dərman bazarında müəyyən oyunlara hesablandığına dair iddialara səbəb də olur. Belə ki, sifarişlər peyvənd istehsalçısı olan ölkələr arasında paylaşılır.

Beləliklə, Cebhe.info peyvəndlərlə bağlı dünya ölkələrinin sifarişlərini təqdim edir.

*Böyük Britaniya-İsveç peyvəndi olan “Astrazeneca/Oxford”

Ümumilikdə 2,97 milyard doza sifariş olunub.

1.Hindistan 1 milyon doza
2. Avropa Birliyi 300 milyon doza
3. ABŞ 300 milyon doza
4. Çin 200 milyon doza
5. Braziliya istisna olmaqla Latın Amerikası 150 milyon doza.

*“Pfizer-Biontech” (ABŞ-Almaniya) peyvəndi

Ümumilkdə 816 milyon doza sifariş alıb.

1.Avropa Birliyi 300 milyon doza
2.ABŞ 200 milyon doza
3.Yaponiya 120 milyon doza
4.Böyük Britaniya 40 milyon doza
5. Meksika 24 milyon doza

*“Sinovac”, “Cansino”, “Sinopharm” (Çin) peyvəndləri

Ümumilkdə 447 milyon doza sifariş olunub.

1. İndoneziya 110 milyon doza
2.Pakistan 88 milyon doza
3. Yaxın Şərq ölkələri 75 milyon doza
4. Türkiyə 50 milyon doza
5. Braziliya 46 milyon doza

*“Novavax” (ABŞ) peyvəndi

Ümumilikdə 1,28 milyard doza sifariş olunub.

1.Hindistan 1 milyard doza
2. ABŞ 110 milyon doza
3. Britaniya 60 milyon doza
4. Kanada 57 milyon doza
5. Avstraliya 51 milyon doza.

*“Sputnik V” (Rusiya) peyvəndi

Ümumilikdə 727 milyon doza sifariş olunub.

1.Hindistan 200 milyon doza
2.Rusiya 160 milyon doza.
3.Braziliya 100 milyon doza.
4.Özbəkistan 70 milyon doza
5.Meksika 64 milyon doza.

*“Moderna” (ABŞ) peyvəndi

Ümumilikdə 441 milyon doza sifariş olunub.

1. ABŞ 200milyon doza
2.Avropa Birliyi 80 milyon doza
3.Yaponiya 50 milyon doza
4.Kanada 40 milyon doza
5. Cənubi Koreya 40 milyon doza.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4390