hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Karantini yumşaldan ölkələrdə son durum:Yoluxma və ölümlə bağlı rəqəmlər necədir? – BİZİM ARAŞDIRMA

Karantini yumşaldan ölkələrdə son durum:Yoluxma və ölümlə bağlı  rəqəmlər necədir? – BİZİM ARAŞDIRMA

Avropa İttifaqı (Aİ) iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.

İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.

Maraqlıdır, uçuslarını bərpa edən, karantini yumşaldan ölkələrdə yoluxma və ölümlə bağlı son vəziyyət necədir? Onlarda pandemiya hansı həddədir ki, belə qərar qəbul ediblər?

Cebhe.info bu barədə araşdırma edib.

Rusiya aviasiyasının rəhbəri Aleksandr Neradko beynəlxalq uçuşları bərpa etmək üçün hökumətə bərpa planı təklif edib. Plana əsasən, ilk növbədə MDB ölkələri ilə uçuşları bərpa etmək nəzərdə tutulub.

Məlumata görə, digər ölkələrə uçuşlar epidemioloji vəziyyətə uyğun olaraq aparılacaq.

Qeyd edək ki, Neradkonun bərpa təklif planı baxılması üçün Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikovaya göndərilib.

Bildirək ki, Rusiyada 641 min 156 nəfər virusa yoluxub, 9 min 166 nəfər həyatını itirib, 403 min 430 nəfər isə sağalıb.

"Türk Hava Yolları" da uçuş planını açıqlayıb.

Siyahıda sabiq SSRİ ölkələri, hətta yoluxmanın həddən artıq çox olduğu, dünyada bu saya görə 3-cü yerdə dayanan Rusiya da var.

Plana əsasən, Almatı şəhərinə iyun ayının sonunadək həftədə 3, gələn aydan etibarən isə 5 uçuş, Aşqabada 22 iyuldan etibarən həftədə 3 uçuş, Bişkekə 18 iyuldan etibarən həftədə 2 uçuş, Düşənbəyə 1 iyuldan etibarən həftədə 2 uçuş, Tehrana 16 iyuldan etibarən həftədə 7 uçuş, Kiyevə 1 iyuldan etibarən həftədə 7, 14 iyuldan etibarən isə həftədə 10 uçuş, Kişinyova 1 iyuldan etibarən həftədə 4 uçuş, Lvova 1 iyuldan etibarən 5 uçuş, Odessaya isə 7 uçuş, Tiflisə 1 iyuldan etibarən həftədə 7 uçuş, Krosnodara 21 iyuldan etibarən həftədə 3 uçuş, Minskə iyunun sonadək həftədə 3, 1 iyuldan etibarən isə həftədə 4 uçuş, Moskvaya 16 iyuldan etibarən həftədə 4 uçuş, Sankt-Peterburqa 16 iyuldan etibarən həftədə 3 uçuş həyata keçirəcək.

Türkiyədə virus daşıyıcılarının sayı 197 min 239-dur. Xəstələrdən 5 min 97-si həyatını itirib, 170 min 595-i sağalıb.

Koronavirusun ilk olaraq yayıldığı Çinin qonşuluğundakı 97 milyon sakini olan Vyetnamda indiyədək koronavirusdan ölüm fakt qeydə alınmayıb. Ölkədə ancaq 355 yoluxma faktı qeydə alınıb, 330 nəfər isə sağalıb. Mütəxəssislər bu nəticənin ölkədə zamanında görülən tədbirlərlə əlaqələndirib. Vyetnam bölgədə daha az inkişaf etmiş səhiyyə sisteminə sahib ölkədir və əhalinin gəlirləri yüksək deyil. Buna görə də ölkədə koronavirusla bağlı vəziyyət bütün dünyanın diqqətini çəkir. Bu ölkədə 10 min nəfərə cəmi 8 həkim düşür. Vyetnamda cəmi 3 həftə ciddi karantin tədbirləri görülüb. Aprelin sonlarında isə sosial məsafə qaydası da aradan qaldırılıb. Son 40 gündə heç bir yoluxma faktı qeydə alınmayıb. Müəssisə və məktəblər açılıb, həyat normala qayıdıb. Bəziləri Vyetnamın yoluxma, hətta ölüm faktlarını gizlətdiyini iddia edir. Ancaq Oksford Universitetinin mütəxəssisi Guy Tvaites hər gün xəstəxanaları gəzdiyini, vəziyyətin rəsmi rəqəmlərə uyğun olduğunu bildirib.

Monteneqroda koronavirus epidemiyasının başa çatması ilə bağlı ölkə hökuməti bildirmişdi. Monteneqronun Nazirlər Kabinetinin "Twitter"-dəki xəbərində bildirilirdi ki, ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanacaq.

Lakin az da olsa, yeni yoluxma halları baş verib. Belə ki, Monteneqroda ümumilikdə 481 yoluxma, 11 ölüm 315 sağalma halı qeydə alınıb.

Qonşu Gürcüstanda koronavirusla mübarizə aparan ən yaxşı ölkələrdən biridir. Belə ki, ölkədə virus başlayandan bəri cəmi 926 nəfər virusa yoluxub, xəstələrdən 15-i həyatını itirib, 791 nəfər sağalıb.

Avstraliya 7 min 767 nəfər virusa yoluxub, 104 virus səbəbilə həyatını itirib, 7 min 8 nəfər isə sağalıb.

Yeni Zelandiya da virusla mübarizədə örnəklərdən biri kimi göstərilə bilər. Burada isə 1 528 yoluxma, 22 ölüm, 1 484 sağalma baş verib.

130 milyona yaxın əhalisi olan Yaponiyada 18 min 390 yoluxma, 971 ölüm, 16 min 505 sağalma qeydə alınıb.

10 milyondan çox əhalisi olan Azərbaycanda isə 16 min 424 yoluxma, 198 ölüm, 9 min 26 sağalma faktı var.

Uruqvayda 929 nəfər virusa yoluxub, 27 nəfər həyatını itirib, 818 nəfər isə sağalıb.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 5138