hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Karantinin faydası: Toylarla yanaşı, boşanmalar da azalıb - MÜQAYİSƏ

Karantinin faydası: Toylarla yanaşı, boşanmalar da azalıb - MÜQAYİSƏ

Koronavirus təhlükəsi səbəbiylə daha bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.

Yeni növ koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə qəbul edilən qərarlardan biri də ölkə ərazisində toy mərasimlərinin qadağan edilməsidir.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib. Artıq demək olar ki, 6 aydan çoxdur ölkə ərazisində toy məclisləri təşkil edilmir. Toy məclislərinin təşkili qadağan olunsa da, bəzi vətəndaşlar toy məclisi təşkil etməmək şərti ilə nikah hüququndan istifadə edərək ailə həyatı qurublar.

Maraqlıdır, ötən illə müqayisədə bu il nikah və boşanma halları artıb, yoxsa azalıb? Ötən ilin və bu ilin statistikası neçədir?

Dövlət Statistika Komitəsindən verilən məlumata görö, 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20 611 nikah vә 8 285 boşanma halları qeydә alınıb. Komitə tərəfindən qeyd olunub ki, әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Cebhe.info xəbər verir ki, ötən ilin müvafiq dövrü müqayisədə bu rəqəm xeyli azdır. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Ümumilikdə isə 2019-cu ildə qeydiyyat şöbələri tərəfindən 63 869 nikah halı qeydə alınıb. Ən çox nikah halı qeydə alınan yaş qrupları 25-29 arası, ən azı isə 18 yaşadəkdir. Belə ki, 25-29 yaş qrupları arasında 28 649 nikah halı, 18 yaşadək isə 366 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 17 148 boşanma halı qeydə alınıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2025