hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Kardaşyanın atası kimdir?

Kardaşyanın atası kimdir?

Amerikanın TV ulduzu Kloe Kardaşyanın atasının məşhur aktyor O. Cey Simpson olduğu iddia edilib. 

Milli.Az xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb. 

Qeyd olunub ki, fenomen qadının anası Kris Cenner əri Robert Kardaşyanla evli olarkən Simpsonla cinsi münasibətdə olub. Onların gizli münasibətindən Kloe dünyaya gəlib və Kris onu hər kəsə Robertin qızı kimi təqdim edib.  

Bu məqamda bildirək ki, Amerika KİV-ləri Roberlər Simpsonun çox yaxın dost olduğunu, aktyorun tez-tez Kardaşyan ailəsinə qonaq getdiyini qeyd edib. 

Xanımı Nikol Brounu öldürməkdə ittiham olunan Simpson isə iddialara Tvitter hesabından cavab verib. O, Krisə qarşı cinsi istəyinin olmadığını bildirib: "Krislə dostum Robert tanış olub evləndilər. Amma bu nikah uzun çəkmədi. Mənim isə Krisə marağım olmayıb.  Şayiədir. Amma Kloe Kardaşyan qızım olmasa da, onunla fəxr edirəm".  

Cebhe.info

Cebhe.info


Oxunma sayı: 815