hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Kasprşikin 24 ildə Qarabağdan qazandıqları: Bir neçə villa, yaxşı müavinət-RƏY

Kasprşikin 24 ildə Qarabağdan qazandıqları: Bir neçə villa, yaxşı müavinət-RƏY

"Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə ilk dəfə 1999-cü ildə İstanbul sammitində üz-üzə gəlmişdim. Adamı kənardan izlədim, sanki Türkiyəyə Qarabağ məsələsinin müzakirəsinə yox, kefə gəlmişdi. 20 il ərzində onun fəaliyyətini tənqid etdim, açıqlamaları və hesabatlarındakı önəmli detallar Azərbaycanın əleyhinə idi. Kasprşikin vətəni olan Polşadan da mənə maraqlı məlumatlar gəldi. Onu yaxından tanıyan polşalı diplomatlardan biri hətta mənə bunu dedi: “Anjey Kasprşik illər öncə Polşa XİN-də çalışıb. Bir neçə dəfə onu yenidən XİN-də çalışmağa dəvət etmişik. Gəlməyib. Səbəbi bəllidir. ATƏT sədrinin Cənubi Qafqazdakı nümayəndəsi kimi aldığı yüksək maaşı Polşa XİN-də almayacaq, elə bunun nəticəsidir ki, bir neçə villaya sahidir”".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Kasprşik bu vəzifədə qocalıb:"Onu Dağlıq Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Onu yeganə maraqlandıran məsələ pensiya yaşına çatıb ATƏT-dən yaxşı müavinət almaqdır. Vəssəlam.

İki il bundan əvvəl yazdığım məqalədəndir: “Kasprşik və komandası 24 monitorinq aparıb, bunların 6-ı Ermənistan-Azərbaycan sərhədində, 18-i isə təmas xəttində olub. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparırə Çünki Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır".

Nəhayət rəsmi Bakı da onun yarıtmaz fəaliyyətini özü üçün isbat etdi. Azərbaycan Nazirlər Kabineti onu fəaliyyətini təhlil edib. Məlum olub ki, polşalı diplomatın bu illərdə yazdığı 24 hesabatın hamısı Azərbaycanın əleyhinə, separatçıların xeyrinədir. Sadəcə, nədən Azərbaycan XİN indi bunu gördüə Bu illərdə Kasprşikin yarıtmaz fəaliyyətini faş etmək olmazdımıə"

Ekspert hesab edir ki, indi Anjey Kasprşik kimi diplomatdan qurtulmaq lazımdır:" Bunun bircə yolu var: ATƏT-in hazırki sədrinə müraciət edib Anjey Kasprşikin fəaliyyətinin Azərbaycan üçün uyğun olmadığını elan etmək lazımdır. Və mənə elə gəlir ki, artıq bu barədə Bakıda səfərdə olan ATƏT-in hazırki sədri Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka müraciət edilib. Sadəcə, heyf Anjey Kasprşiklə itirilən illərə…"

Cebhe.info


Oxunma sayı: 7507