hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Keçmiş deputatdan Oqtay Şirəliyevə müraciət: “Mehriban Əliyevanın xeyirxah nümunəsi göz önündədir”

Keçmiş deputatdan Oqtay Şirəliyevə müraciət: “Mehriban Əliyevanın xeyirxah nümunəsi göz önündədir”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlu hazırda həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin 21 yaşlı qızı Esmira Yusifova ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. 

Cebhe.info xəbər verir ki, Eldar Sabiroğlu müraciətində nazirdən məsələni nəzarətə götürməsini istəyib: 

“Hörmətli nazir, sizi nə özüm, nə də hansısa qohumum haqda narahat edirəm. Müraciətim həyatda heç bir dəfə olsun rastlaşmadığım, tanımadığım müxalifətçi, Qarabağ qazisi Asif Yusiflinin şəkər xəstəliyindən komaya düşən qızı barədədir. Ata həbsxanadadır. Sosial şəbəkələrdə xəstə qızın dünəndən şəhərdə xəstəxana qapılarında hansı məhrumiyyətlərdən keçirildiyini oxuduqca adamı dəhşət bürüyür. Pul istəyirlər, pul da olmadığından xəstəxanalar qəbul etmirlər. Belə yad münasibət başucalığı gətirmir.Sizə ürək ağrısı ilə müraciət edərək bu çarəsiz ailəyə kömək etmənizi xahiş edirəm. Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın xeyirxah nümunəsi göz önündədədir”. 

Qeyd edək ki, kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb. Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər. Daha sonra onun Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1728