hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Keçmiş məhkum 7 evdən oğurluq etdi

Keçmiş məhkum 7 evdən oğurluq etdi

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Torkiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 595