hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Keçən il dəmir yolu ilə 7,1 milyon ton yük daşınıb

Keçən il dəmir yolu ilə 7,1 milyon ton yük daşınıb

Ötən il dəmir yolu nəqliyyatı ilə 7 milyon 123,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 592,9 milyon ABŞ dolları olub.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 319,1 min ton yükün dəyəri 488,6 milyon dollar təşkil edib.

İl ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 4 milyon 804,6 min ton, dəyəri isə 2 milyard 104,3 milyon dollar olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 958