Keçmiş məhkumun evindən 10 kq narkotik götürüldü

Abşeron sakinində narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş N.Rəhimovun yaşadığı evə baxış zamanı 5 kq 616 qramdan artıq heroin, 2 kq 316 qramdan artıq metamfetamin və 2 kq 306 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Cebhe.info
Oxunma sayı: 496
Bizim Telegram səhifəmizi izləyin