hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Kənd təsərrüfatına qoyulan pul batacaq, əgər...- Direktor əsas problemlərdən birindən çıxış yolu göstərdi

Kənd təsərrüfatına qoyulan pul batacaq, əgər...- Direktor əsas problemlərdən birindən çıxış yolu göstərdi

Bərdənin Mustafaağalı kəndində sakinlər qrunt sularının qaynamasından şikayətlənirlər. 

Buna da səbəb sovetlər dövründə qurulmuş yeraltı drenaj sisteminin mühafizə olunmaması, kortəbii şəkildə həmin qurğuların məhv edilməsi olub.

Cebhe.info-ya açıqlamasında AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qrunt suları ilə mübarizə aparmağın yollarından danışıb:

“Qrunt suları ilə mübarizə aparmaq üçün əkin sahələrinin kənarlarından kollektorlar çəkilməlidir. İslam İnkişaf Bankının dəstəyi vasitəsilə irriqasiya sistemləri ilə bağlı müəyyən işlər görülsə də, yenə bu sahədə çətinliklər var. Beton drenajların doldurulması və ya tutulma baş verməsi qrunt sularının üzə çıxmasına təsir edir.

Beton drenajlar saxlanılmalıdır. Bu il yağışların çox olması qrunt sularının artmasına da təsir edib. Kənd təsərrüfatına bu qədər investisiya qoyuruqsa, əsasən, irriqasiya sistemini yaxşılaşdırmaq lazımdır. Əks halda, investisiya qoymağın mənası yoxdur”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1706