hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Kəndililər torpaqlardan istifadə edə bilmir - Arif Rəhimzadə etiraz etdi

Kəndililər torpaqlardan istifadə edə bilmir - Arif Rəhimzadə etiraz etdi

“Nazirlər Kabinetinin hesabatı o qədər hərtərəflidir ki, onun haqqında əlavə şərh verməyə ehtiyac yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycan post-Sovet məkanında yeganə ölkədir ki, torpaq istisna olmaqla bütün vergilərdən azad olunub. Bundan əlavə, kənd təsərrüfatı ilə məşğul olan kənd əməkçilərinə subsidiya verilir”.

Cebhe.info xəbər verir ki, bunu deputat Arif Rəhimzadə Milli Məclisin bugünkü plenar iclasında deyib. Deputat bildirib ki, Nefçalada insanlar sənədləşmədə çətinlik çəkdiyi üçün sözügedən yardımları dövlətdən ala bilmirlər:

“Nefçalada 70 min hektar torpağın 19 mindən çoxu əkin üçün yararlıdır. Amma sənədləşmədə problemlər yaşandığı üçün kənd zəhmətkeşləri bundan istifadə edə bilmirəm. Hesab edirəm ki, bu problemlər asan həll olunan məsələlərdir. Nazirlər Kabinetindən də xahiş edirəm ki, bu məsələlərin həllini tapmasına imkan yaratsınlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1769