hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Kərəmyan Şuşa döyüşünün gizlinlərini açdı: “Vanesyan cəmi bir neçə saat sonra Xankəndinə qaçdı”

Kərəmyan Şuşa döyüşünün gizlinlərini açdı: “Vanesyan cəmi bir neçə saat sonra Xankəndinə qaçdı”

Qarabağda müharibə Azərbaycanın qələbəsi ilə bitdikdən sonra erməni tərəfi günahkar axtarışındadır.

Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə erməni ordusunun məğlubiyyətinin hansı səbəbdən baş verməsinə dair müzakirələr səngimir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Arqişti Kərəmyan Şuşa döyüşləri barədə danışıb və özü ilə bərabər "Vətən" Partiyasının lideri Artur Vanesyanın döyüşdən qaçması barədə iddialara aydınlıq gətirib.

Məsələ burasındadır ki, müharibədən sonra erməni mətbuatı və sosial şəbəkələrdə bir-birindən fərqli yazılara rast gəlinir. Bəziləri Vanesyanın döyüş meydanından qaçdığını, digərləri isə Kərəmyanı günahlandırır.

Cebhe.info xəbər verir ki, İctimai Televiziyaya müsahibəsində Kərəmyan bildirib ki, Şusada vəziyyət gərginləşəndə ora gedib:

"Orada artıq sabiq müdafiə naziri Seyran Ohanyan tərəfindən qərargah yaradılmışdı. Azərbaycanlılar şəhərə hücum edəndə mən, Ohanyan və ordunun bütün rəhbərliyi qərargahda idik. Vanesyan da ora gəldi. Vanesyan bildirdi ki, öz dəstəsi ilə gəlib, ilk növbədə Mardaketə getməli imiş, ancaq ordu rəhbərliyi onun Şuşaya göndərilməsini vacib sayıb. Vanesyan və gətirdiyi adamları şəhərdəki binalardan birinə yerləşdirdik. Azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanesyanla əlaqə yaratdı və ona postlardan birinə getmək təklif olundu. Ancaq Vanesyan bildirdi ki, onlar hələ yenicə gəliblər, döyüşə girməyə hazır deyillər. Bir neçə saat keçdi, Ohanyan bu dəfə mənə təklif etdi ki, Vanesyanın yanına gedim və müdafiə prostlarından birinə yerləşməsini ona deyim”.

Kərəmyan Vanesyanla görüşüb və vəziyyəti ona deyib:

“Bu dəfə o dedi ki, hazırdır. Biz birlikdə qərargaha getdik, bizim qarşımıza tapşırıq qoyuldu. Mən Vanesyanı və onun gətirdiyi adamları posta müşayiət etdim. Ancaq sonra məlum oldu ki, onlar obyektiv və subyektiv səbəblərdən orada döyüşməyiblər. Bundan sonra bölməni bir polkovnik müşayiət etdi. Qərara gəldik ki, dəstədən 10 nəfər ayıraq və müdafiə üçün yaxınlıqdakı yüksəkliyə aparaq. Belə də etdik. Yolda mən müdafiə üçün daha əlverişli mövqe gördüm və daha bir qrup adam götürmək üçün geri qayıtdıq. Qayıdanda gördüm ki, Vanesyan qərargahdadır, ancaq bir neçə saat sonra məlum oldu ki, o, artıq Xankəndiyə gedib. Şuşada Vanesyanın gətirdiyi adamlardan ancaq 20 nəfəri qalmışdı, bir neçə saat sonra öyrəndim ki, onlar da ərazini artıq tərk ediblər" .

Xəzər
Cebhe.info


Oxunma sayı: 4357

Bizim Telegram səhifəmizi izləyin