hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Kərimi “döyən" şəxs DANIŞDI: "Söyüş söyərək üstümə gəlirdi..."

Kərimi “döyən" şəxs DANIŞDI: "Söyüş söyərək üstümə gəlirdi..."

Xəbər verildiyi kimi, mayın 20-də müğənni Kərim Abbasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb.

Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və həmin şəxs onu döyüb. Bundan sonra sosial şəbəkələrdə və bır sıra mətbuat orqanlarında hadisə işıqlandırıldı. Hətta hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama da verildi.

Cebhe.info xəbər verir ki, lent.az məsələ ilə bağlı qarşı tərəflə - Kərim Abbasovla dava edən Elvin Ramazanovla əlaqə saxlayıb.

- Hadisə nə vaxt, hansı ərazidə baş veribə

- Hadisə mayın 20-də, Binəqədi şosesi ilə “Baksol” yolunun kəsişməsində baş verib. Hazırda iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir. Nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq. Onun da (Kərim Abbasov – red.), mənim də xəsarətim təyin olunacaq, ondan sonra rəy veriləcək.

- Kərim Abbasov mətbuata açıqlama verib ki, başından müxtəlif zərbələr alıb və ekspertizaya müraciət edib. Çox zərbə endirmisizə

- O necə çoxsaylı zərbələr alıb ki, münaqişəmiz olan günün səhəri “Oazis” restoranında şou proqramda çıxış eləyib. Özüm də oradaydım, “Oazis”dən sonra “Neolit” restoranında çıxış edib. Xəsarəti olan adam səhnəyə çıxa bilərə Sadəcə, özünü gündəmdə saxlamaq üçün belə məlumatlar verir. Bəzi mətbuat nümayəndələri də araşdırmadan, təhqiqatın nəticəsini gözləmədən ancaq onun mövqeyini verir. Maraqlanmırlar ki, qarşı tərəf nə deyir, hadisə əslində necə baş verib və sair.

- Dediniz ki, siz də ekspertizaya müraciət etmisiniz. Kərim Abbasov tərəfindən sizə hər hansı bir fiziki təzyiq olubə

- Hə. O da mənə təpik atıb. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Mən öz yolumla hərəkətdə olduğum zaman o, sol tərəfdən qəfil sürüb mənim qarşıma keçdi.

- Kərim Abbasovda nə maşını idiə

- Onda “Jeep Grand Cherokee”dir. Yan-yana durduq, şüşələr açıq idi. Ona iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, “əcəb eləyirəm, sür”. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib söyüş söyməyə başladı. Özü də yanında qadın ola-ola. Mən buna dedim ki, qadınlasan, get.

- Maşında başqa adam var idiə

- Yox, Kərim idi, bir də qarşıda oturan bir nəfər qadın. Kərim qarşıda sağda saxladı. Mən saxlamadım, məni təqib etməyə başladı. Yaxınlaşdı, pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə. Mənimlə dartışa-dartışa, “sənə belə eləyərəm, elə eləyərəm” tipli təhdid dolu təhqirlər yağdırır. Yanındakı qadın da düşmüşdü. Yaxınlıqdakı adamlar gəlib bizi ayırdılar.

Adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Bundan sonra əlbəyaxa olduq.

- İlk söyüşü o söydüə

- O, elə əvvəldən söyüş söyürdü. Onun yanında qadın vardı, heç vaxt onu söyməzdim. Mən maşından düşəndə də məqsədim telefonu əlindən almaq olub. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi.

Cebhe.info


Oxunma sayı: 2531