hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Kəşfiyyat rəhbəri Trampın planını açıqladı: “Son hədəf müharibədir”

Kəşfiyyat rəhbəri Trampın planını açıqladı: “Son hədəf müharibədir”

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff Tramp administrasiyasının son hədəfinin İranla müharibə olduğunu deyib.

“On illər ərzində İran qəddar bir oyunçu və terrorun dövlət səviyyəsində dəstəkçisi olaraq qalır. Lakin mən administrasiyanın bizi toqquşma yoluna çıxartmağa hesablanmış fəaliyyətini gördüyüm üçün ciddi narahatam. İranla münaqişə böyük fəlakətə səbəb olacaq”.

Cebhe.info-nun məlumatına görə, Adam Şiff belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Tramp administrasiyası İranın nüvə razılaşmasından çıxarılması üçün inandırıcı dəlillər təqdim etməyib. Administrasiya nüvə sazişindən çıxmağın bizim milli təhlükəsizliyimizə necə cavab verməsi barədə heç vaxt danışmayıb”, - deyə A.Şiff bildirib.

Demokrat konqresmen ABŞ-a məxsus esminesin və bombardmançı təyyarələrin İran sahillərinə göndərilməsini də tənqid edib. “Onlar dövlətimizin gəmisini orada olanda nə edəcəklərini bilmədikləri halda təhlükəli sulara göndərirlər”, - Şiff “Washington Post”un müxbiri ilə söhbətində belə söyləyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 771