hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

"Keşikçidağ"la bağlı hər addımda məsuliyyətli olun" - Baş nazir

"Keşikçidağ"la bağlı hər addımda məsuliyyətli olun" - Baş nazir

"Sabah David Qareci (Keşikçi Dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

"Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, "Keşikçi Dağ" məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını "Keşikçi Dağ" məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: "Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”. (Report)

Cebhe.info


Oxunma sayı: 815