hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

"Keşlə"nin baş məşqçisi: "Heç-heçə üzücü nəticədir" - VİDEO

"Keşlə"nin baş məşqçisi: "Heç-heçə üzücü nəticədir" - VİDEO

"Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi".

Cebhe.info xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Səbail" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, gözlənilməz qırmızı vərəqədən sonra qələbəni əldən veriblər:

"Üzücü nəticədir. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Amma çalışacağıq ki, komandanı toparlayaq".

O, komandasının ilk hissədə sərgilədiyi oyundan razı qaldığını söyləyib:

"Tablodakı nəticə bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam".

Cebhe.info


Oxunma sayı: 782