t Kəşmirdə qar uçqunları nəticəsində 9 nəfər öldü
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Kəşmirdə qar uçqunları nəticəsində 9 nəfər öldü

Kəşmirdə qar uçqunları nəticəsində 9 nəfər öldü

Cəmmu və Kəşmirdə qar uçqunları nəticəsində 4 hərbçi və 5 dinc sakin ölüb.

Unikal.org xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

İlk hadisə bazar ertəsi gündüz saatlarında baş verib, qar uçqunu ordu postunun üstünə düşüb. Üç hərbçi ölüb, biri yaralanıb, biri itkin düşüb. 

Digər olayda sərhəd təhlükəsizliyi xidmətinin hərbçisi uçqun zamanı ölüb, 6 nəfər xilas edilib. Digər uçqun nəticəsində isə 5 dinc sakin ölüb, 4 nəfər xilas edilib.

Qeyd edək ki, son iki gündə Cəmmu və Kəşmirin müxtəlif bölgələrinə güclü qar yağması səbəbindən bir neçə uçqun qeydə alınıb.

Cebhe.info


Oxunma sayı: 595