hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Keyfiyyətsiz işıq sayğaclarını ölkəyə kim gətirir? - ŞƏRH

Keyfiyyətsiz işıq sayğaclarını ölkəyə kim gətirir? - ŞƏRH

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yenidən 5 milyon manatlıq smart-kart tipli “ağıllı” sayğaclar alacaq.

Yenə də  "Azərişıq" ilə Dubayın "Sensemi DMCC OF DUBAİ" şirkəti arasında satınalma müqavilələri bağlanıb. Əvvəllər də “Azərişıq” adıçəkilən şirkətdən xeyli sayda smart-kart tipli “ağıllı” sayğaclar alıb”.

Cebhe.info xəbər verir ki, bunu  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Ötən il sayğacla bağlı ciddi problemlər yaşanmışdı. “Azərişıq”ın vətəndaşlara göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar yaranmışdı. Bu məbləğin bir neçə dəfə çox olduğu haqqında sosial mediada kütləvi məlumatlar açıqlanmışdı. Bundan sonra bir xeyli ictmai müzakirələr aparıldı. Təəssüf ki, bu məsələ indiyədək də öz həllini tapmayıb.

Bildirmək istərdim ki, “Azərişıq” ASC-nin ağıllı sayğaclarına və ya ümumiyyətlə onun informasiya sisteminə müdaxilədən (kənar müdaxilə, məqsədyönlü müdaxilə, sistemin özünün düz çalışmamasından dolayı olan problemlər və s) şübhələnmək üçün əsaslar hələ də qalır.

Diqqət yetirək:

1. Sərfiyyatı hesablayan proqram təminatını –“billing” sistemini “Azərişıq” özü hazırlayıb (Bildiyim qədər digər aidiyyəti dövlət qurumları tərəfindən bu sistemə hər hansı baxış keçirilməyib). 

2. Sayğaclardakı hesablamaları mərkəzə ötürən informasiya şəbəkəsini “Azərişıq” özü qurub və özünə məxsusudur. 

3. Xarici şirkətlərə məxsus olan sayğacların da alınmasında yalnız bu qurum iştirak edir. Bu sayğacların daxili alqoritminin necə işləməsi, xaricdən və ya daxildən müdaxilə ehtimalları ilə bağlı bizim digər dövlət qurumları tərəfindən testdən keçirilməyib.

Düşünürəm ki, “Azərişıq” üzərində dövlət və ictimai nəzarət imkanlarını gerçəkləşdirmək üçün hökumət ciddi səylər göstərməlidir. 

Fikrimcə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX),  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi və digər aidiyyəti dövlət qurumlarının və müstəqil ekspertlərin “Azərişıq” infromasiya sistemini birgə audit etməsi doğru olardı.

Xatırlayıram ki, Nazirlər Kabinetinin bu il keçirilən toplantısında Prezident “Azəriqaz”ı sayğaclardakı problemlərə və qazın keyfiyyətinə görə ciddi tənqid etmişdi”.

Cebhe.info


Oxunma sayı: 815