hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Kiber cinayətkarlar gündə 1500-8000 dollar oğurlayıblar

Kiber cinayətkarlar gündə 1500-8000 dollar oğurlayıblar

Ötən il mobil bankinq hücumlarının sayı 98% artıb.

"Report” xəbər verir ki, bu barədə Yaponiyanın "Trend Micro” antivirus şirkətinin hazırladığı "2018-ci ildə Mobil Təhlükə Mənzərəsi” adlı hesabatında qeyd edilir.

Hesabatda deyilir ki, "Android” platformasında olan bank troyanları öz qurbanlarından gündəlik 1500-8000 ABŞ dolları arası vəsait oğurlayıblar. Hesablamalara görə, hazırda 2 mlrd mobil telefon istifadəçisi öz bank hesablarına mobil cihazlar vasitəsi ilə daxil olur deyə kiber cinayətkarlar onları pul qazana bilinəcək qaynaq hesab edirlər. "Trend Micro Mobile App Reputation Service” (MARS) ötən il 214 323 unikal mobil bankinq troyan növü müəyyənləşdirib ki, bu da 2017-ci illə müqayisədə 2 dəfə artıb.

"Trend Micro MARS”ın analizinə görə, 1088 Android əməliyyat sistemlərinə aid aplikasiya vasitəsi ilə fırıldaqçılıq və cəsusluq fəaliyyəti həyata keçirilib. Onların 889-u müxtəlif yollarla təsdiqlənərək "Google play”ə yüklənib. 54 developer tərəfindən inkişaf etdirilən bu APP-ların ümumi yüklənməsi 120 293 120 olub. Hətta onlardan biri 10 milyon dəfə yüklənib. Adətən belə proqramlar təhsil, əyləncə, istirahət və optimallaşdırma kateqoriyalı proqramlar arasında rast gəlinir.

Belə saxta APP-lar Google və onun tərəfdaşlarına 10 mln dollar itki gətirdiyi halda, fırıldaqçı proqramçılara illik 75 mln dollar qazanc gətirir.

Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə Yaponiyanın "Trend Micro” şirkəti arasında əldə edilmiş razılaşmaya görə, bütün dövlət qurumlarının elektron təhlükəsizliyini yalnız həmin antivirus şirkəti qoruyacaq.

Cebhe.info


Oxunma sayı: 1673