hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dünyada ilk dəfə: Kiberhücum adam öldürdü

Dünyada ilk dəfə: Kiberhücum adam öldürdü

Düsseldorf polisi "etinasızlıq səbəbilə qətl" maddəsi üzrə cinayət işi açıb.

Belə ki, hackerlərin pul oğurlayan proqram təminatları universitet xəstəxanasının kompüter sistemini sıradan çıxardıb və xəstəxana personalı reanimasiyada yerləşmiş şəxsi qonşu şəhərin xəstəxanasına göndərməyə məcbur olub. Nəticədə xəstə yolda həyatını itirib. Əgər bu hadisədə iştirak etmiş hackerlərin günahları təsdiqlənsə, bu, dünyada kiberhücumun ölümə səbəb olmuş ilk hadisə kimi tarixə düşəcək. Bu barədə BBC News saytı xəbər verib.

Kölndən olan istintaq qrupunun sözlərinə əsasən Düsseldorf-dan olmuş xəstə qadın 9 sentyabr tarixində reanimasiya şöbəsində yerləşirmir. Həmin gün isə hacker kiberhücumu universitet xəstəxanasının kompüter sistemini sıradan çıxardıb. Xəstəxana personalı xəstə qadına lazımi tibbi xidməti göstərə bilmədiyi üçün qadını Düsseldorfdan 30 km uzaqlıqda yerləşən digər şəhərin xəstəxanasına göndərib. Yolda olan zaman qadın həyatını itirib

Google şirkəti türkiyəli istifadəçilər üçün öz servislərinin dəstəyini dayandırdı: Səbəb nədir?
Bənzər xəbər
Google şirkəti türkiyəli istifadəçilər üçün öz servislərinin dəstəyini dayandırdı: Səbəb nədir?

İstintaq qrupu "etinasızlıq səbəbilə qətl" maddəsi üzrə cinayət işi açıb.
Detektivlər kibertəhlükəsizlik üzrə mütəxəssisləri bu işə cəlb edərək universitet xəstəxanaısnın kompüter sisteminin hack olunması ilə pasientin ölümü arasında əlaqənin olub-olmadığını öyrənməyə çalışırlar. Mütəxəssislərdən birinin sözlərinə əsasən əgər məlum olsa ki, hackerlər bu hadisədə həqiqətən də günahkardırlar, bu, kiberhücum nəticəsində qeydə alınmış ilk ölüm faktı olacaq. Bəzi məlumatlara əsasən xəstəxanaya olmuş kiberhücum əslində təsadüfən olub.

Belə ki, hackerlərin məqsədləri tamamilə başqa idi. Lakin onlar biləndə ki, səhvən xəstəxana kompüterlərini sıradan çıxardıblar, onlar heç bir vəsait tələb etmədən kompüter sistemini qaydaya salacaq lazımi şifrələri xəstəxana rəhbərliyinə təqdim ediblər. Lakin artıq gec idi. Hackerlər Citrix şirkəti tərəfindən hazırlanmış özəl virtual şəbəkə proqramının seqmentlərindən birindəki yaxşı tanınan boşluqdan istifadə ediblər. Xəstəxana rəhbərliyi hələ yanvar ayında proqram təminatının yenilənməsi xəbərdarlığını almışdı. Lakin göründüyü kimi xəstəxana öz sistemini yeniləməyib.

Cebhe.info


Oxunma sayı: 2564

Bizim Telegram səhifəmizi izləyin