hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kilsəyə hücum: 5 ölü, yüzlərlə girov...

Kilsəyə hücum: 5 ölü, yüzlərlə girov...

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində kiləsəyə hücum olub. Nəticədə kilsədəki insanlar girov götürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 30 nəfər həbs olunub. Saxlanılanlardan 25 ədəd tüfəng götürülüb.

Hadisə baş verən zaman kilsədə 200 nəfər olub. Polisin keçirdiyi əməliyyat nəticəsində bütün girovlar azad edilib.

Hadisənin hansı səbəblə törədildiyi hələlik açıqlanmır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1101