hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kimə nə qədər su düşür? - Transsərhəd çaylar necə bölünüb? - BİZİM ARAŞDIRMA

Kimə nə qədər su düşür? - Transsərhəd çaylar necə bölünüb? - BİZİM ARAŞDIRMA

Hazırda bir sıra bölgələrimizdə içməli su çatışmazlığı kritik həddə çatıb.

Kür çayında suyun miqdarının əhəmiyyətli dərəcədə azalması çay ətrafı rayonlarda sakinlərin susuzluqdan əziyyət çəkməsinə, əkin sahələlərinin, canlı təbiətin məhv olma təhlükəsilə üzləşməsinə səbəb olub.

Bəs Cənubi Qafqazda içməli su ehtiyatları necə bölünür?

Cebhe.info-nun araşdırmasına görə, Cənubi Qafqaz regionun 2/5 hissəsi transsərhəd su höfzələrinin ətrafında yerləşir. Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın və yalnız 10%-i Azərbaycanın payına düşür.

Azərbaycanın şirin suya olan təlabtının 30 faizi daxili su ehtiyatlarının hesabına ödənilir, qalan 70%-i isə qonşu ölkələrdə formalaşır ki, bunun da əsas hissəsini Kür və Araz çaylarının suları təşkil edir. Qonşu ölkələr - Gürcüstan, Ermənistanla müqayisə etdikdə, Azərbaycanda hər ərazi vahidinə düşən suyun miqdarı 2, hər adambaşına düşən suyun miqdarı 2,7 faiz azdır.

Regionda içməli suyun daha az hissəsinin Azərbaycanın payına düşməsinin əsas səbəblərindən biri isə Transsərhəd Araz və Kür çaylarının su ehtiyatının beş həmsərhəd dövlət - Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan arasında bölünməsi məsələsinin hüquqi baxımdan tənzimlənməməsidir. Bununla bağlı keçmiş SSRİ, İran və Türkiyə arasında olan müqavilələrə istinad edilir ki, bu müqavilələrdə belə, Azərbaycan SSRİ, Gürcüstan SSRİ və Ermənistan SSRİ üçün sudan istifadə limiti müəyyənləşdirilməyib.

Hüquqi tənzimlənmənin olmaması ilə adıçəkilən ölkələrin, eləcə də Türkiyə və İranın transsərhəd çayların üzərində su istehlakı limtini artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları inşa etdirməsinə şərait yaradır. Bu isə 60 faizi quraq, 40 faizi yarımquraq ərazilərə malik olan Azərbaycan üçün gələcəkdə daha böyük təhlükələrə yol açır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın yeraltı su qaynaqları da bərabər paylanmayıb. Ölkəmizin əsasən, Dağlıq rayonları daha bol yeraltı su ehtiyatlarına malikdir ki, təəssüf ki, onun əhəmiyyətli hissəsi də Ermənistanın işğalı altındadır.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1178