hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz? - AÇIQLAMA

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz? - AÇIQLAMA

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.

Maraqlıdır, bu qanun məktəblərə, repetitor kurslarına da aiddirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran əsədov bildirib ki, bu, qanunvericilikdə tənzimlənir:

“Birincisi hüquqi və fiziki şəxs anlamında bu yanaşma fərqlidir. Özəl müəssisələr var, təbii ki, burada istisna məktəbəqədər hazırlıq kursları, uşaq bağçaları və körpələr evidır. Bunlar mütləq şəkildə həmin sahə üzrə ixtisaslı kadrları işə götürməyə məcburdurlar. Söhbət gedir dövlət tərəfindən lisenziya almış uşaq bağçaları və körpələr evindən. Lakin digər müəssisə və təşkilatların belə bir öhdəliyi yoxdur. Onlar müstəqildirlər və vergi ödəyiciləri kimi istədikləri şəxslə, təbii ki, fiziki və əqli sağlamlığı yerində olmaqla şərti ilə istənilən yaşı 15-dən yuxarı olan şəxslə əmək müqaviləsi imzalayıb, onlarla işgüzar münasibətlərə girə bilərlər. Burada məsələ dövlət təhsil müəssisələrindən və lisenziya almış qurumlardan gedir. Bunlar mütləq şəkildə ixtisaslı şəxsləri işlətməlidirlər. Ümumiyyətlə, dünya təcrübəsində yanaşma müxtəlifdir. Hətta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin noyabr ayında Heydər Əliyev Mərkəzində keçirilmiş Bakı Dövlət Universitetinin 100 illik yubilieyində qeyd etmişdi ki, diplom önəmli deyil. Artıq müasir çağırışlarda əsas ixtisaslı kadr olmaqdır”.

Ekspert qeyd edib ki, əmək münasibətlərini tənzimləmək üçün diplomu kənara qoymasaq belə, zəruri tərəf kimi qoymalıyıq:

“Xüsusilə pedaqoji, psixoloji və metodoloji sahədə çalışanların həmin sahə üzrə bilik və bacarıqlarının maksimum səviyyədə olması zəruridir. Bu gün ölkədə repetitorlar hər hansı bir sahədən lisenziya almırlar, hər hansı bir dövlət qurumunda qeydiyyatda olmadıqları üçün istənilən şəxs iki stolu yanaşı qoyub dərs keçə bilər. Ona qiymət verən onun müştəriləri olan valideynlərdirlər. Əgər həmin repetitorun bilik və bacarıqları, metodikası, dərs keçmə və öyrətmə qabiliyyəti onları qane edirsə, onlar həmin repetitorlarla əməkdaşlıq edəcəklər. Məhz qeyri-pedoqoji sahədə olanların çalışması ilə bağlı məhdudiyyətlər repetitorlara, hazırlıq kurslarına o qədər də təsir göstərməyəcək. Çünki həmin qurumlar ən yaxşı halda vergi ödəyicisidirlər və onlar istənilən şəxslə əmək münasibətlərinə girə bilərlər”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 4071

Bizim Telegram səhifəmizi izləyin