hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Kimlərin təhsil haqqını dövlət ödəyir? - CAVAB

Kimlərin təhsil haqqını dövlət ödəyir? - CAVAB

Qaçqın və məcburi köçkünlərin təhsil haqqı məsələsi yenidən gündəmə gəlib.

Bəzi məcburi köçkünlərdə ödənişlə bagli narahatliq var. Belə ki, məcburi köçkün statusunda olan, özəl universitetlərə qəbul.olunan tələbələr ödəniş forması ilə maraqlanırlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkünlərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

1988-1992-ci illərdə anadan olan qaçqınlar da dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.

Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında məsələni belə şərh edib:

“Prezidentin məlum sərəncamına görə, qaçqın və məcburi köçkünlərin təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilməlidir. Demək ki, bu, bütün təhsil ocaqlarına şamil olunur. Yəni bu ödənişi istənilən halda dövlət boynuna götürüb”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1871