hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kimya sənayesində məhsul buraxılışı artıb – RƏSMİ

Kimya sənayesində məhsul buraxılışı artıb – RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında kimya sənayesində məhsul buraxılışı artıb.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 3 rübdə kimya sәnayesi, әczaçılıq mәhsullarının, rezin vә plastik kütlә mәmulatlarının istehsalı sahәlәrindә 850,2 milyon manatlıq mәhsul istehsal edilib.

Əvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә mәhsul buraxılışı әczaçılıq mәhsullarının istehsalında 8,2 dәfә, kimya sәnayesindә 20,1 faiz, rezin vә plastik kütlә mәmulatlarının istehsalında isә 16,4 faiz artıb.

Rezin vә plastik kütlә mәmulatlarından mәsamәli polistirol lövhәlәr vә zolaqların istehsalı 2,2 dәfә, bәrk polipropilen boruların istehsalı 10,8 faiz çoxalıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5050

Bizim Telegram səhifəmizi izləyin