hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Kitab vergidən azad edilsin- DEPUTAT

Kitab vergidən azad edilsin- DEPUTAT

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Cebhe.info xəbər verir ki, iclası Milli Məclisin spikeri Oqtay Əsədov açıb. Gündəliyə təkif olunan 32 məsələ səsverməyə çıxarılaraq təsdiqlənib. Müzakilərdə ilk söz alan deputat Fazil Mustafa ölkədə kitab satışında olan problemlərdən danışıb. F.Mustafa kitabların vergidən azad olunmasının vacibliyini vurğulayıb: “Bugünlərdə Türkiyədə kitab, jurnal və qəzetlər üzərindən əlavə dəyə vergisi qaldırıldı. Bunun Azərbaycanda da edilməsi vacibdir. Ona görə yox ki, bu, Türkiyədə edilib. Sadəcə mən Ermənistandan misal çəkib özümüzü pis vəziyyətə salmaq istəmədim. Gürcüstanda da artıq uzun zamandır ki, kitablar üzərindən əlavə dəyər vergisi götürülüb. Digər ölkələrdə bu vergi 7-8 faiz, bizdə isə 18 fazidir. Azərbaycanda kitab çox bahadır, getdikcə daha da bərbad vəziyyətə düşəcək. Hesab edirəm ki, aidiyyatı qurumlar bu sahədə araşdırma aparmalı və addımlar atılmalıdır ki, kitab tamamilə vergidən azad olunsun”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 2172