hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Kitabxanada kütləvi yoluxma şayiəsi: “Axundov“dan cavab

Kitabxanada kütləvi yoluxma şayiəsi: “Axundov“dan cavab

"Ümumilikdə yoluxma sayı 3 nəfərdir. Həmin işçilər hazırda ev şəraitində müalicə alırlar”.

Bu barədə Yenisabah.az-a Axundov adına Azərbaycan Milli Kitabxanasının mətbuat şöbəsindən açıqlama verilib.

“Koronavirusa yoluxan işçilərin oxucu ilə təması yoxdur, çünki onlar daxili şöbədə (kitabişləmə şöbəsi) fəaliyyət göstərirdilər. Həmin bu işçilər analiz verdilər, hətta onlarla təmasda olan işçi də buraxılıb evə, baxmayaraq ki, testinin cavabı neqativ çıxıb.

Oxucularımız da kitabxanaya daxil olarkən yoxlanılır, "kovid pasportu" yoxdursa, polis tərəfindən içəri buraxılmırlar. Pandemiyanın qaydalarına əməl edərək, məsafə saxlayaraq, yoxlanılaraq oxucular da, işçilərimiz də öz fəaliyyətlərinə davam edirlər. Pandemiya şəraitini nəzərə alaraq "Oxu zalı"na oxucuların yalnız 50%-i buraxılır”.

Cebhe.info


Oxunma sayı: 881