hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

KİV: Kolumbiya prezidentinə sui-qəsd planı hazırlanıb

KİV: Kolumbiya prezidentinə sui-qəsd planı hazırlanıb

Kolumbiyanın hüquq-mühafizə orqanları iki xarici vətəndaş tərəfindən ölkə prezidenti İvan Dukeyə qarşı sui-qəsd hazırlığı haqqında informasiya əldə edib.

"Report"” TASS-a istinadən xəbər verir ki, belə iddia ilə Kolumbiyanın kəşfiyyatında mənbəyə istinadən yerli RCN radiostansiyası çıxış edib.

Qeyd edilir ki, hazırda dövlət orqanları prezidentin müdafiəsi və onun həyatına istənilən qəsdin neytrallaşdırılması üzrə tədbirlər hazırlayırlar. Güman edilən hücumun heç bir təfərrüatı açıqlanmır. Bununla birlikdə mənbə iddia edib ki, sui-qəsdi rus və yəhudi milliyyətindən iki nəfər hazırlayıb.

Radiostansiyanın məlumatına görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.

Cebhe.info


Oxunma sayı: 1354

Bizim Telegram səhifəmizi izləyin