hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Kiyevdən Moskvaya adekvat cavab

Kiyevdən Moskvaya adekvat cavab

Ukraynanın Xarici İşlər Nazirliyi qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinləri üçün vətəndaşlıq əldə etmək prosedurunu asanlaşdırmaq üçün Rusiya qərarına cavab olaraq tədbirlər hazırladığını açıqlayıb.

Cebhe.info xəbər verir ki, Rusiyanın siyasi analitiki İvan Mezyuxo isə bu məsələni şərh edib. 

Ekspertin fikrincə, tədbirlər hazırlamağın əvəzinə, Kiyev yalnız Donbasın blokadasını sona çatdırmalı və Minsk müqavilələrinin tədricən həyata keçirilməsinə yol tapmalıdır:

"Prezidentin fərmanı humanitar xarakter daşıyır. Rusiya üçün isə vətəndaşlığı vermək barədə qərar qəbul etmək üçün Ukraynadan heç bir icazəyə gərək yoxdur. Bu hər hansı bir dövlətin suveren hüququdur". 

Qeyd edək ki, iyulun 17-də Rusiya lideri Vladimir Putin Donbasın bütün ərazilərində yaşayan sakinləri Rusiya vətəndaşlığını sadələşdirilmiş rejimdə əldə etməyə imkan verən fərman imzalayıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 573