hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Klub idmançı ilə 503 milyon dollarlıq müqavilə bağladı - Tarixi anlaşma

Klub idmançı ilə 503 milyon dollarlıq müqavilə bağladı - Tarixi anlaşma

Dünya idman tarixinin ən bahalı müqaviləsi imzalanıb.

Məlumata görə, bu anlaşma amerika futbolu üzrə “Kanzas Siti Çifs” klubu ilə oyunçusu Patrik Maxoums arasında bağlanıb.

10 illik müqavilə 2022-ci il mövsümündən qüvvəyə minəcək. Milli Futbol Liqası anlaşmanın ümumi məbləğinin 503 milyon dollar olduğunu açıqlayıb.

Bu, idman tarixində yeni rekorddur. Bunadək ən yüksək məbləğ 430 milyona bərabər idi. “Los-Anceles Encels” 2019-cu ildə beysbolçu Mayk Trautla 12 illik anlaşma əldə edib/APA.

Cebhe.info


Oxunma sayı: 1013