hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Köçəryan hələ qərar verməyib: “Parlament və küçə mübarizəsini bir-birinə uyğunlaşdıracağıq”

Köçəryan hələ qərar verməyib: “Parlament və küçə mübarizəsini bir-birinə uyğunlaşdıracağıq”

“Ermənistan” bloku mandatları qəbul erməklə bağlı hələ yekun qərar qəbul etməyib”.

Cebhe.info-nun məlumatına görə, “Ermənistan” blokundan baş nazir postuna namizəd, eks-prezident Robert Köçəryan keçirdiyi mətbuat konfransında belə deyib.

Dünən müzakirə zamanı Seyran Ohanyan bir müqayisə apardı. O dedi ki, döyüş əməliyyatları zamanı bütün tapşırıq həll olunmursa, ancaq bəzi mövqelər tutmusansa, o zaman bu mövqeləri tutmaqla kifayətlənməməlisən, daha çox hücum üçün onları gücləndirməlisən. Hazırda müharibə deyil, siyasi mübarizə gedir. Həmin müqayisə bəlkə də bu şərtlər daxilində daha yumşaq terminologiya ilə tətbiq oluna bilər. Mübarizəmizi davam etdirmək üçün çox ciddi, yeni fürsət əldə etdiyimizə inanıram”,-deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, blok mübarizəni davam etdirmək əzmindədir. Parlament mübarizəsi yalnız küçə mübarizəsini zəiflətməyəcək. “Küçə mübarizəsində ciddi təcrübəmiz var. Parlament və küçə mübarizələrinin bir-birinə uyğunlaşdırılması yalnız imkanlarımızı gücləndirəcək”,-deyən Paşinyan əlavə edib ki, bu seçkilər ölkənin siyasi landşaftını əhəmiyyətli dərəcədə dəyişib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 925