hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Köçəryanın məhkəməsi yenidən təxirə salındı

Köçəryanın məhkəməsi yenidən təxirə salındı

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və keçmiş baş nazirin müavini Armen Gevorkyanın məhkəməsi yenidən təxirə salınıb.

Cebhe.info xəbər verir ki, məhkəməyə sədrlik edən hakim Anna Danibekyanın qərarı ilə sözügedən məhkəmə prosesi 11 maya qədər ertələnib.

Məlumata görə, A.Gevorkyanın xəstəxanaya yerləşdirilməsi səbəbindən məhkəmə təxirə salınıb.

A.Gevorkyanın vəkili Erik Aleksanyan hakimə bildirib ki, müalicə prosesi 10 gündən 14 günədək davam edə bilər.

"A.Gevorkyan olmadığı təqdirdə, işə baxılmağın davam edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclası təxirə salındı və 11 may saat 13:00-da davam edəcək", -deyə Danibekyan qeyd edib.

Qeyd edək ki, keçmiş rəhbər böyük miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Naibə
Cebhe.info


Oxunma sayı: 463