hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Köhnə bazara təzə pul: Azərbaycanda ən çox hansı kriptovalyuta alınır?

Köhnə bazara təzə pul: Azərbaycanda ən çox hansı kriptovalyuta alınır?

Artıq Azərbaycanda da müəyyən xidmət və mallar üzrə kriptovalyutadan istifadə mümkündür. Son zamanlar virtual pul bazarında bahalaşma kriptovalyutalara marağı artırıb.

Xatırladaq ki, ən məşhur virtual pul olan “Bitkoin” 2008-ci ildə Satoşi Nakamuto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləri ilə alınıb satıla, transfer edilə bilən rəqəmsal pul vahididir.

“Bitkoin”in özündən asılı bir dəyəri olmadığı üçün insanların istəyi ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyərini bazardakı tələb və təklif şərtləri təyin edir.

Tələb artdıqca qiyməti artır, düşdükcə dəyəri azalır. Dövriyyədə məhdud miqdarda “Bitkoin” var, yeni “Bitkoin” yalnız tələb olduğu hallarda yaradılır. Bir sıra ölkələrdə o cümlədən , Böyük Britaniya və Yunanıstanda bəzi universitetdə ödəmələr bu kriptovalyuta ilə həyata keçirilir. Dünyanın aparıcı dövlətləri bu elektron pullardan istifadə prosesinə start verib.

Bəs Azərbaycanda ən cox hansı kriptovalyutadan istifadə olunur? Azərbaycanda ən cox hansı virtual pul alınır?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, Azərbaycanda da ən çox tanınmış elektron pullar içərisində “Bitkoin” xüsusi yer tutur:

“Artıq neçə ildir ki, elektron pullar yaranıb. Bu, elektron pullar ticarət platformalarında dövr edir. Həmin kriptovalyutalar ticarət platformalarında, birjalarda artıq özlərinə yer tapıblar. Bu virtual pullarla ticarət olunur. Müəyyən dövrdə bunların məzənnəsi də dəyişilir. Trendlər əmələ gəlir. Ucuzlaşma, bahalaşma prosesləri gedir. Artıq bu bazarda pul itirən iştirakçılar var. Eyni zamanda qazanan iştirakçılar da var”.

Ekspert bildirib ki, hətta bəzi ticarətçilər bütün elektron pulları “Bitkoin” adlandırır:

“Baxmayaraq ki, elektron pulun nominal görüntüsü yoxdur, hər elektron pula “Bitkoin” deyirlər. Ümumiyyətlə, aparılan statistik araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycanda elektron pula maraq göstərən insanların əksəriyyəti “Bitkoin” alır”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 1816