hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

"Kombaynı satıblar, bəs qəbzlər niyə yoxdur?" - KTN-lə bağlı şikayət

"Kombaynı satıblar, bəs qəbzlər niyə yoxdur?" - KTN-lə bağlı şikayət

Ucar rayon sakinləri Kənd Təsərrüfatı Nazirliyinə tabe olan "Ucar Aqro Servis"indən şikayət edirlər.

Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu  və Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən Mia.az-a daxil olan məktubda "Aqroservis"in müdiri Nazir Şükürova qarşı ittihamlar səsləndiriblər. 

Onlar qeyd ediblər ki, Nazir Şükürov müraciət edən şəxslərdən lizinq pulunu alsa da, banka ödəməyib: 

"Həmin pulun ödəniş qəbzini istəsək də, indiyə qədər bizə verməyib. Biz uzun müddətdir ki, Ucar Aqroservisdən lizinq yolu ilə kənd təsərrüfatı teknikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirik. Bizm uzun müdət kənd təsərrüfatı texnikalarının təcrübəli sürücü olmağımıza baxmayarq, Nazir Şükürov bu il gələn yeni taxıl biçən kombaynları rüşvət alıb təcrübəsiz naşı sürücülərə verib. Hansı ki, həmin kombaynlar təcrübəli sürücü olduğumuz üçün bizə verilməli idi. 

Kənd Təsərrüfatı Naziri cənab İman Kərimovun özünün şəxsən göstərişi var ki, yeni texnikaları naşı işçilərə verməyin təcrübəli mexanizatorlara verin. Çünki naşı müxanizatorlar həmin yeni bahalı texnikaları tez sıradan çıxarıb xarab edirlər. Ancaq Ucar Aqrosservisin rəhbərliyi bu tapşırığa əməl etmir".

Şikayətçilər Nazir Şükürovun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimova və "Aqroliznq” ASC-nin sədr Seymur Mövlayevə şikayət ərizələri ilə müraciətlər edib, ərizələrinin iştirakları ilə yerində araşdırıb Ucar Aqro servizin müdiri Nazir Şükürovun barəsində ciddi tədbirlər görülməsini xahiş ediblər.

Cebhe.info


Oxunma sayı: 1013