hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Konfrans Liqası: "Bazel" "Kayrat"la oyunda əzmkar qələbə qazanıb

Konfrans Liqası: "Bazel" "Kayrat"la oyunda əzmkar qələbə qazanıb

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura start verilib.

Cebhe.info xəbər verir ki, turun açılış oyunları B və H qruplarına təsadüf edib.

B qrupunda Serbiya "Partizan"ı Estoniyada "Flora"ya minimal hesabla uduzub. Yeganə qolu 44-cü dəqiqədə Martin Miller vurub. Meydan sahibləri bu qələbədən sonra pley-offa vəsiqə şanslarını son tura saxlayıblar.

"Qarabağ"ın yer aldığı H qrupunda isə İsveçrə "Bazel"i Qazaxıstanda "Kayrat" üzərində əzmkar qələbə qazanıb. Qarşılaşmada hesabı 23-cü dəqiqədə Vaqner Lav açıb. Yeri gəlmişkən, bu, braziliyalı hücumçunun Almatı təmsilçisində sonuncu oyunu olub. Qonaqlar 45-ci dəqiqədə Artur Kabralın penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 56-cı dəqiqədə meydan sahibləri növbəti dəfə önə keçiblər. Lakin isveçrəlilər 69-cu dəqiqədə yenidən hesabı bərabərləşdiriblər. Bu dəfə Edon Jeqrova fərqlənib. Görüşdə son nöqtəni isə 73-cü dəqiqədə Paytim Kasami qoyub. Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Bazel" hələlik liderliyə yüksəlib. "Kayrat" isə 1 xalla sonuncudur.

Qeyd edək ki, H qrupunun digər oyununda "Qarabağ" Bakıda Kipr "Omoniya"sını qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi son turda müəyyənləşəcək.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

B qrupu

19:30. "Flora" (Estoniya) - "Partizan" (Serbiya) - 1:0

Qol: Martin Miller, 44

00:00. "Anortosis" (Kipr) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 2, "Anortosis" - 2.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3

Qollar: Vaqner Lav, 23. Kamo Ohanesyan, 56 - Artur Kabral, 45 (pen.). Edon Jeqrova, 69. Paytim Kasami, 73

Qırmızı vərəqə: Yan Voroqovski, 90+3 ("Kayrat")

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr)

Xal durumu: "Bazel" - 11 (5 oyuna), "Qarabağ" - 10, "Omoniya" - 2, "Kayrat" - 1 (5).

Cebhe.info


Oxunma sayı: 815