hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Konstitusiya Məhkəməsi müşavirəyə getdi- İCLAS

Konstitusiya Məhkəməsi müşavirəyə getdi- İCLAS

Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb. Məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.

Qeyd edək ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciətinə baxıb. Yekunda "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar  qəbul edilib.

Azərbaycan Prezidenti isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsi dekabrın 2-də Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxıb və onun Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

 Cebhe.info


Oxunma sayı: 1123