hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı məsələyə baxacaq - BU GÜN

Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı məsələyə baxacaq - BU GÜN

Konstitusiya Məhkəməsi Plenumu bu gün - dekabrın 4-də saat 12:00-a keçiriəcəyi iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxacaq.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Plenumun iclasına Milli Məclisin üzvləri qatılmayacaq:

 “Prosedura əsasən deputatların iclasda iştirakı gözlənilmir”.

 Qeyd edək ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciətinə baxıb. Yekunda "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar  qəbul edilib.

Azərbaycan Prezidenti isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsi dekabrın 2-də Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxıb və onun Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Cebhe.info


Oxunma sayı: 1145