hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Konstitusiya Məhkəməsinin parlamentlə bağlı qərarı: Bu gündən qüvvəyə minir

Konstitusiya Məhkəməsinin parlamentlə bağlı qərarı: Bu gündən qüvvəyə minir

Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusuna baxıb. İclasda Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusu barədə qəbul etdiyi qərar oxunub. 

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. 

Qərarda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğun olduğu bildirilib. Cebhe.info xəbər verir ki, Plenum Milli Məclisin buraxılması və növbədənkənar seçkinin elan edilməsi barədə müraciətə müsbət rəy verib. Qərara əsasən,  Milli Məclisin buraxılması, növbədənkənar seçkinin təyini Konstitusiyaya uyğun hesab olunub. Qərar qəbul edildiyi andan etibarən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv oluna, dəyişdirilə bilməz.  

Qərarda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab edilsin. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin".

Qeyd edək ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciətinə baxıb. Yekunda "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar  qəbul edilib.

Azərbaycan Prezidenti isə Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.

Konstitusiya Məhkəməsi dekabrın 2-də Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxıb və onun Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdı.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1365