hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Könüllülər peyvəndin sınağına axın etdi: Gözlənilməz nəticə

Könüllülər peyvəndin sınağına axın etdi: Gözlənilməz nəticə

Almaniyada koronavirus peyvəndinin sınaq mərhələsinə minlərlə könüllü müraciət edib.

Cebhe.info xəbər verir ki, Almaniyanın Tübingen Universiteti tərəfindən hazırlanmış peyvəndin yoxlanışı üçün 4 min könüllü qeydiyyata alınıb. Araşdırmanın başçısı Dr. Peter Kremser Almaniya mətbuatına bu barədə danışıb:

"Daha əvvəl heç bir sınaq prosesində belə halla qarşılaşmamışıq. Normalda biz məcbur qalıb təcrübə üçün könüllü tapmağa çalışırdıq. Peyvəndin heç bir əks təsiri müşahidə edilməyib, hər şey qaydasındadır".

İndiyə qədər 50 könüllü üzərində sınanmış peyvəndin ümumilikdə 168 şəxs üzərində yoxlanması nəzərdə tutulub. Birinci mərhələdən müsbət nəticələr əldə edilərsə, peyvəndin daha çox könüllü üzərində yoxlanılması gözlənilir. Araşdırmanın rəhbəri Kremser əlavə edib ki, "mRNA" adı verilən peyvəndin iyulda başlanan sınaq prosesinin nəticəsi 2 ay ərzində məlum olacaq.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 749