hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur? – AÇIQLAMA

 

Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur? – AÇIQLAMA

Koronavirus epidemiyasının yayılması qlobal iatisadiyyata zərbə vurmaqda davam edir.

Cebhe.info xatırladır ki, bu il qlobal iqtisadi artım 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstəricinin 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacağı gözlənilir.
Ötən il ÜDM artımı 6,1 faiz olan virusun mənbəyi hesab olunan Çində 2020-ci ilin birinci rübündə bu göstəricinin 5 faizdən də aşağı olacağı proqnozlaşdırılır. Virusun Yaponiya, Koreya, Avstraliyada və digər ölkələrdə də iqtisadi artımı yavaşımağa başlatdığı açıqlanıb.

Bəs epidemiya Azərbaycanda iqtisadiyyatına nə qədər ziyan vurub? Bununla bağı hansısa hesablamalar aparılıbmı?

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Cebhe.info-ya açıqlamasında Nazirliyin saytında görülən tədbirlər və ayrılan vəsaitlər haqqında mütəmadi məlumatlar verildiyini qeyd edib.

Konkret olaraq iqtisadi ziyanın hesablanıb-hesablanmamasına, proqnozlaşdırılan göstəricilərdə dəyişiklik edilib-edilmədiyinə gəlincə, nazirliyin sözcüsü bu sualın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmalı olduğunu tövsiyə edib.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2927