hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Koronavirus bitmədən "quş qripi" başladı: Azərbaycanda toyuq yemək təhlükəli olur? - AÇIQLAMA

Koronavirus bitmədən "quş qripi" başladı: Azərbaycanda toyuq yemək təhlükəli olur? - AÇIQLAMA

Ötən həftə Rusiyada ilk dəfə insanın "quş qripi"nə yoluxması faktı qeydə alınıb.

Verilən məlumata görə, “Vektor” Mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında "quş qripi"nin yeni A(H5N8) növünü aşkarlayıblar.

Eyni zamanda qeyd ediblər ki, qrip hələlik insandan-insana keçmir və yoluxan şəxslərin vəziyyəti yaxşıdır. Qonşu ölkədə bu faktın qeydə alınması ölkəmizdə də müəyyən narahatlıqlar yaradır.

Bizdə "quş qripi"nə yoluxma qeydə alınmasa da, quşçuluq müəssisələrinin fəaliyyəti insanlarda sual doğuran məsələlərdən biridir.

Bəs bu müəssislərdə vəziyyət necədir?

Quşçular Birliyinin sədri Aydın Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, quşçuluq müəssisələrində daimi yoxlamalar aparılır:

“Azərbaycanda xeyli sayda quşçuluq müəssisəsi var. Xüsusən Bakı və Bakıətrafı ərazilərdə müəssisələr çoxdur. Lakin bizim Quşçuluq Cəmiyyətinin nəzdində 20 müəssisə fəaliyyət göstərir. Rusiyadakı yoluxma da bir çox ölkələrdə narahatlıq yaratdı, ancaq ora ilə əlaqələr kəsilib. Bizim müəssisələrdə vəziyyət yaxşıdır. Ancaq bu qrip əlaqələrin kəsilməsinə baxmayaraq hava yolu ilə də yayıla bilir. Ona görə də Qida Təhlükəsizlik Agentliyi tez-tez monitorinqlər aparır, quşlardan qan analizi götürülür, yoxlamalar keçirilir. Hələlik heç bir yoluxma faktı qeydə alınmayıb”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1486