hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirus bu şəxsləri daha çox öldürür - ARAŞDIRMA

Koronavirus bu şəxsləri daha çox öldürür - ARAŞDIRMA

Artıq çəki koronavirus xəstələri arasında ölüm faizini artıran faktordur.

Cebhe. info xəbər verir ki, bunu amerikalı mütəxəssislərin apardığı araşdırma üzə çıxarıb. Araşdırma nəticəsi “Annals of Internal Medicine" jurnalında dərc olunub.

Mütəxəssislər 2500-ə yaxın şəxs üzərində tədqiqat aparb. Onlardan 22 faizi stasionorda bir həftəyə yaxın qalıb. Bir həftəlik müddətdən sonra onlardan 59 nəfəri, yəni 2 faizi xəstəxanada qalmaqda davam edib.

Tədqiqata cəlb olunanlardan 627 nəfəri bu müddətdə dünyasını dəyişib. Müəyyən olunub ki, insanın çəkisi ilə onun koronavirusu nə qədər ağır keçirməsi arasında düz mütənasiblik var. 65 yaşdan gənc olan və artıq çəkidən əziyyət çənkənlər də risk qrupuna daxil edilib. Maraqlıdır ki, 65 yaşdan yuxarı olanlarda çəki ölüm faizinə o qədər də təsir etməyib.

Xəzər
Cebhe. info


Oxunma sayı: 4170